Cümə , Noyabr 14 2025
azfa

Xoyun “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən mərasim ETTELAT tərəfindən ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy bölgəsində “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən mərasim ETTELAT tərəfindən ləğv edilib.

Bu qeyri-hökumət təşkilatının yaradılmasının onuncu ildönümünü qeyd etməli olan Xoyun “Yarpaq” cəmiyyəti bu tədbirin ləğv olunduğunu elan edib.

Bu cəmiyyətin İnstaqram səhifəsində yayımlanan xəbərə görə, ETTELAAT qurumları Xoyun Şəms kinoteatrında keçirilməsi nəzərdə tutulan qurumun onuncu ildönümünün qeyd edilməsinə son anda mane olub.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …