Şənbə , Fevral 15 2025
azfa

Xristian Ermənistanın Azərbaycana təcavüzünü pislədiyi üçün İranın yaxaladığı azərbaycanlıdan heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xristian Ermənistanın Azərbaycana təcavüzünü pislədiyi üçün İranın yaxaladığı azərbaycanlı fəal Həmid Cabbarlının vəziyyətindən heç bir xəbər yoxdur.

Rejim onu müsəlman Azərbaycana dəstək aksiyasında iştirak etdiyi üçün digər azərbaycanlı fəallarla birlikdə Tehranda Ermənistan səfirliyi qarşısında yaxalayıb.

Tehran sakini olan azərbaycanlı milli fəal iyulun 16-da rejimiun polisləri tərəfindən yaxalanandan sonra bir dəfə ailəsi ilə qısa telefon əlaqəsi saxlaya bilib. Fəal Azərbaycan türkcəsində ailəsi ilə danışdığı üçün telefon əlaqəsini də rejimin məmurları kobudluqla kəsiblər.

Azərbaycanlı fəalın qardaşı Ramın Cabbarlı öz Twitter səhifəsində bbu barədə yazıb: “Həmid artıq 5 gündür Tehranda Ermənistan səfirliyinin qarşısında bu ölkənin işğalçılıq siyasətinə etiraz etdiyinə görə İran məmurları tərəfindən yaxalanıb. Bu günlər ərzində sadəcə bir neçə saniyəlik zəng etmək üçün imkan veriblər. Bu zəngdə telefonda ana dilimizdə danışmağa başladığı üçün yanındakı məmur qışqıraraq “ancaq farsca” deyib telefonu kəsib və o vaxtdan əlaqə saxlamasına icazə verməyiblər”.

Ramin Cabbarlının verdiyi məlumata əsasən, Tehranda həbs olunan digər fəalların bəzisi dünən sərbəst buraxılıblar.

Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Rejim ən azə 15 nəfəri azərbaycanlı fəalı yaxalayıb. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edir.

Həmçinin yoxlayın

Traxtur klubunun Sahibi İranda rasizm kəskin tənqid etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi dairələri və fars irqçilərinə xitabən müsahibə …

Təbrizdə şirniyyat daşıyan sürücülər tətil keçiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində “Şirin Əsəl” Qida Sənaye Qrupunun …

Bir cavab yazın