Şənbə , Noyabr 27 2021
azfa

Xristian Qıpçakların izləri haqqda

GADTB: Fakt budur ki, məşhur qırğız-türk dastanı “Manas”da əsərin qəhrəmanı Manasın atasının adı Qarqardır. Manasın mənsub olduğu xalq isə dastanda gah qarqar, gah da qıpçaq adlanır. Bu fakt akademuk Bartoldun əsərlərinin toplandığı 4 cildliyin 2-ci cildinin 1-ci hissəsinin 541-ci səhifəsində, 55-ci qeyddə təsbit edilmişdir.

Abramzonun “Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əlaqələri” adlı kitabının 46-cı səhifəsində isə XVI əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir. Nizami Cəfərov yazır:

“Azərbaycanda qıpçaq-oğuz münasibətlərinin ən gərgin dövrü

9-10-cu əsrləri əhatə edir. Həmin dövrün etnosiyasi, linqvokulturoloji proseslərini əks etdirən “Kitabi-Dədə Qorqud”da qıpçaq-oğuz münasibətləri ümumi şəkildə qeyri-müəyyən coğrafiyada deyil, Azərbaycan miqyasında təqdim olunur.

Qıpçaqlar tarixi mənbələrdə daha çox xəzərlər kimi təqdim olunur ki, bunun da əsas səbəbi qıpçaqların Şimali Qafqaz və ətraf regionları əhatə edən Xəzər siyasi birliyinin, dövlətinin mövcudluğu idi. Ümumiyyətlə, qıpçaqlar 1-ci minilliyin sonu, 2-ci minilliyin əvvəllərindən mənbələrdə müxtəlif adlarla adlanmışlar: Pbeçeneqlər, kumanlar, polovetslər, xəzərlər və sairə.”

Çox təəssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi” və Mxitar Qoşun “Alban salnaməsi” adlı kitabları dövrümüzədək orijinalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinə Ziya Bünyadovun etdiyi tərcümələrə əsaslanır. Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi”

kitabını rus dilinə çevirərkən bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 2-si üzərində xüsusi durmağımıza ehtiyac var.

1. Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir.

2. Qarqarların dili ağ xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. Tərcümədə “akxazur” etnonimi əvəzinə “son dərəcə uyumsuz bir dil” ifadəsi işlədilmişdir.

Biz bu məsələnin üzərinə bir qədər sonra yenidən qayıdacağıq. Deməli, Musa Kağankatlının sözündən belə çıxır ki, Maştots artıq ermənilər üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan

qarqarların (ağ xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsə erməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr yaradır. Daha doğrusu eyni işarələr bəzi hallarda alban əlifbasında

bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir.

Bu isə o deməkdir ki, “Alban yazılı ədəbiyyatı” adlandıra biləcəyimiz şey qıpçaq dilində və erməni əlifbasından sadəcə səslənişi baxımından bir neçə işarə ilə fərqlənən əlifba ilə yazılmış mətnlər olmalıdır. Xoşbəxtlikdən bu mətnlər günümüzədək qorunub saxlan-

mışdır. Fəqət bu yazılı mətnlərin Alban ədəbiyyatının nümunələri olduğu heç kəsin ağlına gəlməmiş, onlar elmi ədəbiyyata, yanlış olaraq, “erməni qıpçaqcası” adı altında daxil edilmişdir.

Bu mətnlər barədə Azərbaycan elmi ictimaiyyətinə ilk dəfə görkəmli Azərbaycan türkoloqu mərhum Fərhad Zeynalov məlumat vermişdir:

“Xalis qıpçaq abidələri azdır. Qərbi qıpçaq tayfalarının dilini əks etdirən “Kodeks – Kumanikus”, Məmlük qıpçaqcasını əks etdirən ərəbcə-qıpçaqca lüğətlər və eləcə də erməni qıpçaqcasına aid abidələr bir növ istisnalıq təşkil edir…

Xalis qıpçaq xüsusiyyətləri daşıyan abidələrdən bir qismi də erməni qıpçaqcası kimi tanınan abidələrdir. Bu abidələrin əksəriyyəti Ukraynada, Kiyev Universitetinin kitabxanasında mühafizə

olunurdu. Onların böyük bir qismi 1944 – cü ildə alman – faşist işğalçıları tərəfindən məhv edilib. İndi isə cəmi 28 erməni qıpçaqcası ilə yazılmış abidə qeydə alınıb.”

Yeri gəlmişkən qeyd edək ki, mərhum türkoloq ana dilimizin oğuz mənşəli olması, lakin qıpçaq təsirinin də açıq – aydın şəkildə sezilməsi barədə də maraqlı fikirlər söyləmişdir:

“Bugünkü müasir dilimizin spesifik fonetik, leksik və qrammatik xüsusiyyətləri, əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut edir. Lakin unutmaq olmaz ki, Azərbaycan dili təkcə oğuz dilləri qrupu əsasında formalaşma- yıb və formalaşa da bilməzdi. Hələ bu  gün də dilimizdə qıpçaq və qismən də karluq-uyğur qrupu dillərinin

ünsürləri də qalmaqdadır.”

Moisey Xorenatsi və Musa Kağankatlının sözlərindən belə çıxır ki, qarqarların daha bir adı olmuşdur – ağ xəzərlər. Xəzərlərə xüsusi kitab həsr etmiş rus alimləri Artomonov və Pletneva, eləcə də əsərlərində xəzərlərə geniş yer ayırmış Lev Qumilyov ərəb mənbələrinə istinadən xəzərlərin ağ xəzərlər və qara xəzərlər deyə iki əsas yerə bölündüyünü qeyd etmişlər. Əlbəttə ki, bu halda söhbət Albaniya xəzərlərindən-ağ xəzərlərdən, yəni qarqarlardan getməlidir.

Erməni tarixçisi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzərlərin adını III əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəl VII əsrdə baş vermiş hadisələrlə əlaqədar çəkmişdir. Xəzərlərin adı bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, Hadrut və Füzuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər dənizinin adında yaşamaqdadır.

Maraqlıdır ki, şərti olaraq “erməni qıpçaqcası” adlandırılan qıpçaqdilli alban ədəbiyyatı nümunələrinin bir qismi – əsasən müxtəlif  “İncil” nüsxələri, dua kitabları və digər xristian məzmunlu

mətnlərin bir qismi Qərbi Azərbaycan ərazisində, yəni indiki Ermənistan ərazisindəki əlyazmalar fondunda qorunur. Murad Aci yazır:

“Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi. Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların istiqaməti şərqədir?…Bu sualların cavablarını onların divarlarında tapmaq olar-orada türk tamğaları təsvir edilmişdir. Zvartnotsda, Dvində, Cvaridə, Kotavankda, digər yerlərdə türk run yazıları var.”

Şübhəsiz ki, bu gün “Ermənistan” kimi tanınan Qərbi Azərbaycandakı kilsələri türklər, yəni albanlar tikmişlər. Ermənilər isə həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülmüş və alban – türk kilsələrinə sahib çıxmışlar. Deyilənlərə ən gözəl sübut kimi Qərbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak vilayətinin Artik bölgəsinin XX əsrin 40-cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki Xpçaxvəng adlı kilsə və monastrı (XII əsrdə tikildiyi söylənilir)

göstərmək olar.

Bəxtiyar Tuncay,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …