Cümə axşamı , Oktyabr 3 2024
azfa

Xristianların müsəlmanlara təcavüzünü pislədiyi üçün yaxalanan Rəhim və Sədullah Sasani zaminə muraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Rəhim və Sədullah Sasanini həbsə edərək, terrorçu sepahın ETTELAAT bölməsində işgəncə etdikdən sonra hər birini 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxdı.

Azərbaycanlı fəallar terrorçu Sepah-ın təcridxanasında işgəncə edilirdilər və nəhayət dünən iyulun 29-da Təbriz zindanına köçürülüb, daha sonra isə axşam saatlarında hər biri 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəallar xristianların müsəlmanlara təcavüzünü pislədiyi üçün İran rejimi tərəfindən “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “İctimai asayişi pozmaq” da ittiham olunublar. Görünür antiislam İran rejimi üçün xristianların müsəlmanlara hərbi təcavüzünü pisləmək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “ictimai asayişi pozmaq” anlamına gəlir.

Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edib.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili …

G7 ölkələri İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib

GADTB: G7 ölkələri İranın İsrailə hücumunu şiddətlə qınadıqlarını bəyan ediblər. ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, …

Bir cavab yazın