
GADTB: İranın Husilərə göndərdiyi külli miqdarda silah ələ keçib. Amerika Mərkəzi Komandanlığı (CENTCOM) ilə əməkdaşlıq edən Yəmən qüvvələrinin husilərə göndərilən İran silahlarının böyük bir partiyasını ələ keçirməyə müvəffəq olduğunu açıqlayıb.
Bununla bağlı yayılan bəyanatda deyilir: “Yəmən Milli Müqavimət Qüvvələrini İran silahlarını ələ keçirməsi münasibətilə təbrik edirik.”
Bəyanatda Yəmən qüvvələrinin yüzlərlə qabaqcıl qanadlı raketlər, gəmi əleyhinə və hava hücumundan müdafiə raketləri, döyüş başlıqları və axtarış aparatları, yüzlərlə pilotsuz təyyarə mühərriki, hava hücumundan müdafiə avadanlığı, radar sistemləri və rabitə vasitələri də daxil olmaqla 750 tondan çox sursat və ləvazimat ələ keçirməyə müvəffəq olduğu bildirilib.
Yəmən Milli Müqavimət Qüvvələrinin məlumatına görə, avadanlıq təlimatları fars dilində olub və bu sistemlərin bir çoxu İran Müdafiə Nazirliyinə bağlı və Amerika sanksiyalarına məruz qalan şirkət tərəfindən istehsal edilib.
CENTCOM komandiri general Maykl Erik Korella açıqlamasında “Biz Yəmən qüvvələrinin qanuni hökumətini İranın husilərə sursat axınının qarşısını almaq üçün göstərdikləri davamlı səylərə görə alqışlayırıq” deyib.
Onun sözlərinə görə, İranın kütləvi silah göndərişinin ələ keçirilməsi İslam Respublikasının “bölgədə sabitliyi ən çox pozan aktor” olaraq qaldığını nümayiş etdirir.
Video: