Çərşənbə , Oktyabr 14 2026
azfa

Yəzdin tərbiyəsiz tamaşaçılarının vəhşiliyi qarşısında Traxtur oyunu 2-2 hesabı ilə başa vurub

GADTB: Dünən Güney Azərbaycanın “Traxtur” komandası İran çempionatında növbəti qarşılaşmada Yəzdin tərbiyəsiz tamaşaçılarının vəhşiliyi qarşısında oyunu 2-2 hesabı ilə başa vursa da turnir cədvəlində liderliyini qoruyub saxlaya bilib.

Traxtur komandası 25-ci turun oyununda yerli vaxtla saat 17-45-də Yəzdin Nəsiri stadionunda Ərdəkanın “Çadirmlu” komandası ilə keçirdiyi görüşü 2:2 hesabı ilə başa vurub.

Bununlada “Traxtur” 55 xalla (25 oyun) turnir cədvəlində liderliyini qoruyub saxlayıb.

Qeyd edək ki, qarşılaşma zamanı rəqib komandanın tərəfdarları “Traxtur” oyunçularını və tərəfdarlarını təhqir edib, meydana yad əşyalar atıblar.

“Traxtur” klubunun xorvatiyalı baş məşqçisi Draqan Skoçiç mediaya verdiyi müsahibədə bundan təəssüfləndiyini bildirib.

O, rəqib komanda, tərəfdarlar və hakimin hərəkətlərini mədəniyyətsizlik adlandırıb.

“Çox çalışsaq da qələbə qazana bilmədik, ona görə ki, hakim rəqibin vaxt itirməsinə kömək etdi”,- Skoçiç deyib.

Baş məşqçi bütün bunlara baxmayaraq, “Traxtur”un mübarizə apararaq çempion olacağını söyləyib.

Oyun boyu Yəzdin mədəniyyətsiz fars tamaşaçıları oyunçuları soyub və stasiona daş atıblar.

https://t.me/GADTB1/41596

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …