Çərşənbə , Oktyabr 14 2026
azfa

Yaşar Gülər :”Terror təşkilatının qondarma seçki fəaliyyətini qətiyyətlə rədd edirik”

GADTB: Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Türkiyə Silahlı Qüvvələri komandanları, nazir müavinləri və birlik komandirlərinin iştirakı ilə keçirilən videokonfransda çıxış edib.

Başda terrorla mübarizə olmaqla davam edən fəaliyyətlərlə bağlı məlumat alan və tapşırıqlar verən nazir Yaşar Gülər deyib: “Separatçı terror təşkilatı PKK-ya göstərdiyimiz təzyiqlər sayəsində son zamanlar terror təşkilatının sıralarına qoşulanların sayının azaldığını, təslim olan terrorçuların sayının isə artdığını müşahidə edirik. Terror təşkilatının  Suriyanın şimalında süni terror dövləti qurmaq cəhdinin bir mərhələsi olaraq hesab etdiyimiz qondarma muxtar hökuməti və seçki fəaliyyətini qəti şəkildə rədd edirik. Separatçı terror təşkilatının cənub sərhədlərimizdən bir qədər kənarda “terror dəhlizi” yaratmasına əsla icazə verməyəcəyik”.

Türkiyənin milli müdafiə naziri son zamanlar suriyalı qaçqınlarla bağlı yaradılan mənfi fikirlər və artan gərginliyin diqqətlə izlənildiyini vurğulayıb.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …