Cümə axşamı , İyul 30 2026
azfa

Yaşar Piri azərbaycanlı fəalların müşayiəti ilə xəstəxanadan evə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Yaşar Piri martın 9-da azərbaycanlı fəalların müşayitə ilə müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal Yaşar Piri fevral ayının 21-də rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdır. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında zaminə buraxılan fəal ayın 26-da Təbriz şəhərinin İmam Rza adına xəstəxanaya yerləşdirilmişdi.

Yaşar Piri Sepahın ETTELAAT bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri alıb.

Fəalın yaxınlarının bildirdiyinə görə, həkimlər deyiblər ki, fəalın bibər qazı nəticəsində nəfəs borularında problemlər yaranıb və aldığı zərbələrdən böyrəkləri zədələnib. Fəalın bədəninin müxtəlif yerlərində işgəncə izləri mövcuddur.

Yaşar Piri hazırda xəstəxananmın Böyrək çatışmazlığı bölməsində müalicə akltındadır.

Bundan öncə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …