Cümə , Oktyabr 30 2026
azfa

Yaşar Piriyə dəstək məqsədilə Təbrizdə divarlara şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin işgəncələri nəticəsində xəstəxanaya düşən azərbaycanlı milli fəal Yaşar Piriyə dəstək aksiyası çərçivəsində Təbrizdə divarlara şüarlar yazılıb.

Azərbaycanlı milli-mədəni fəallar bu məqsədlə Təbriz şəhərinin bir çox küçələrinin divarlarına “Mən dilim ilə yaşaram” məzmunlu şüarlar yazıblar

Təbrizin Azad Universitetinin “Hüquq” ixtisası üzrə məzunu Yaşar Piri fevral ayının 21-də İranın ETTELAAT İdarəsinin məmurları tərəfindən qanunsuz şəkildə yaxalanaraq işgəncələrə məruz qalıb. 3 gün saxlanılandan sonra ağ ciyər və böyrək çatışmazlığı diaqnozu ilə Təbrizin İmam Rza adına xəstəxanasına yerləşdirilib.

Azərbaycanlı fəal həbs zamanı döyülməklə yanaşı ağzına bibər qazı sıxılması nəticəsində ciyərləri zədələnib. Eyni zamanda aldığı zərbələr nəticəsində böyrək çatışmazlı səbəbimdən 4 dəfə dializ olunub. Həkimlərin bildirdiyinə görə yenədə dializ davam etməlidir.

Qeyd edək ki, bundan öncə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır.Onlar “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun təhlükləsizlik təcridxanasına köçürülmüşdülər. Qardaşlar 26 gün dindirildikdən sonra Təbriz həbsxanasının 3-cü bəndinə köçürülmüş, 5 fevral 2020-ci ildə girov qarşılığında məhkəmə prosesinin bitməsinə qədər müvəqqəti azadlığa buraxılmışdılar.

Y.Piri 2012-ci ilin mart ayında Urmu gölünün qurudulmasına etiraz aksiyasında tutuqlanaraq “ictimai asayışı pozmaq” ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdir.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …