Şənbə , Oktyabr 16 2021
azfa

Yeni təhsil ili ilə bağlı Güney Azərbaycanda aclıq aksiyaları və türkcə kitab paylama aksiyası davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeni təhsil ili ilə bağlı Güney Azərbaycanda aclıq aksiyaları və türkcə kitab paylama aksiyası davam edib.

Təbrizdə neçəncə dəfə olaraq yenə azərbaycanlı milli fəallar ana dilində təhsil tələbi ilə azərbaycanlı uşaqlara türk dilində kitablar paylayıblar.

Onlar Yeni təhsil ilinin başlanması ilə eyni vaxtda, məktəblərlə universitetlərdə ana dilində təhsilin olmamasına etiraz olaraq Təbrizin hər yerinə türkcə kitabları paylayblar.

Həmçinin irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbuslar Əlirza Fərşi və Abbas Lisani Azərbaycan türkcəsində təhsil tələbi ilə 3 günlük simvolik aclıq aksiyasına başlayıblar.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …