Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Yeni təhsil ilinin başlanğıcı ilə bağlı azərbaycanlı fəallar Urmiyada uşaqlara türk dilində kitablar payladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 12-də azərbaycanlı milli-mədəni fəallar yeni təhsil ilinin başlanması münasibətilə Urmiya şəhərində uşaqlara türkcə kitablar paylayıblar.

Urmiya şəhərində azərbaycanlə milli-mədəni fəallar yeni təhsil ilinin başlanması münasibətilə tanınmış azərbaycanlı ziyali və yazıçı Əkbər Azad tərəfindən hazırlanıb və nəşr olunan türkcə kitabları paylayıblar.

Urmiyada paylanılan uşaq kitabları “Yağış”, “Evlər”, “Uşaqlar bağçası”, “Firəngiz ilə qırmızı don”, “Yalqız Qu quşu” və s. kitablardan ibarətdir.

Qeyd edək ki, tanınmış azərbaycanlı ziyalı Əkbər Azad uzun illərdir Güney Azərbaycanda türk dili və mədəniyyəti sahəsində çalışan fəallardandır. O, mədəni fəaliyyətlərinə görə yaxalanaraq, 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …