Yenicə gözündən əməliyyat olunan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yenicə gözündən əməliyyat olunan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi sentyabrın 14-də elektron qandalı Tehranın Baharistan Prokurorluğuna təhvil verdikdən iki gün sonra Tehranda zindana qaytarılıb.

Azərbaycanlı siyasi məhbus nəzarət məntəqəsində 8 saat gözlədildikdən sonra şəxsi əşyaları və kitabları özünə verilmədən Evin zindanının karantin bölməsinə köçürülüb.

Tibbi məzuniyyətdə olan Əlirza Fərşi zindanda olduğu dövrdə şərlənərək ona qarşı yeni iş açılmışdı. Onunla bağlı azərbaycanlı siyasi məhbus sentyabrın 11-də Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə getdikdə ona elektron qandalı təhvil verib zindana qayıtmalı olduğu bildirilmişdi.

Azərbaycanlı siyasi məhbusa bildirilib ki, 4 il həbs və Xuzistan əyalətinin Bağməlik bölgəsinə 2 illik sürgün cəzası icra ediləcək.

Əlirza Fərşinin göz əməliyyatından sonra həkimlərin müalicəni davam etdirməsi barədə rəyi məhkəmə nəzərə alınmayıb.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi. Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay həbs cəzası çıxarmışdı.

Azərbaycanlı siyasi məhbus həbsini çəkib və tibbi məzuniyyətindən istifadə edirdi. Lakin o həbsdə olarkən rejim azərbaycanlı fəalı şərləyərək ona yenidən iş açmışdı. Bir neçə gün öncə ona açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 ilə çadırılmışdı.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …