Şənbə , Avqust 8 2026
azfa

Yeniyetmə azərbaycanlı ixtiraçı dünyanın gündəmində

GADTB-nin Şimali Azərbaycan Mətbuatına istinadən yaydığı məlumata görə, Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Trampın bütün dünyaya nümunə göstərdiyi Reyhan Camalova artıq Bakıdadır.

15 yaşlı azərbaycanlı ixtiraçı səfər təəssüratlarını Xəzər TV-yə ilə bölüşüb. O, Azərbaycanı gənc yaşda təmsil etməkdən fəxarət hissi duyduğunu bildirib.

ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Tramp Qlobal Sahibkarlıq Sammitindən bir gün sonra da Reyhan Camalova ilə görüşüb.

150 ölkədən 1500 nəfər iştirakçı arasında fərqlənməyi bacaran Reyhana artıq ixtirası ilə bağlı 5 investordan təklif də gəlib.

Reyhanın ərsəyə gətirdiyi “Reynerci” adlı qurğu yağışdan enerji alır. Hazırda alternativ enerji mənbələrinə olan tələbatı nəzərə alsaq, bu ixtiranın daha çox marağa səbəb olacağını deyə bilərik.

Qeyd edək ki, Reyhan Camalova gələcəkdə tanınmış elm adamı olaraq “Nobel” mükafatı qazanmaq istəyir.

Həmçinin yoxlayın

Məsud Türkmən-Münfərdin həbsinin davam etməsi və Qəzvinin Çubinəndər həbsxanasında işgəncə və məcburi etirafla bağlı narahatlıq

GADTB: 1404-cü ilin Dey ayında keçirilən ümumxalq etirazları zamanı saxlanılanlardan biri olan Məsud Türkmən-Münfərd 1405-ci …

«Siyamək Mirzəyi» və «Əsgər Əkbərzadə»nin səhhəti ilə bağlı narahatlıq

GADTB: «Siyamək Mirzəyi», «Əsgər Əkbərzadə» və «Əli Vasiqi» adlı üç azərbaycanlı fəalın saxlanılmasından 40 gündən …

Bir cavab yazın