Bazar ertəsi , İyul 20 2026
azfa

Yunan professor Osmanlıdan ayrılmaqlarının böyük səhv olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunan əsilli türkoloq, Ottava Universitetinin professoru Dmitri Kiçikis Yunanıstanda qonaq olduğu televiziya proqramında diqqət çəkən açıqlamalar verib.

Türkoloq Yunanıstanın Osmanlı İmperiyasından ayrılmasının tarixi səhv olduğunu və gələcəkdə Rusiya ekspansiyasına qarşı Türk-Yunan Konfederasiyasının qurulmalı olduğunu bildirib.

“Təəssüf ki, uğursuz bir dövlətik. Biz kiçik Yunan dövlətiyik. Frankların oyununu oynamağa çalışdıq, amma məğlub olduq. Çünki 1821-ci ildə baş verən yunan üsyanı heç vaxt baş verməməli idi və bu bir səhvdir. Osmanlını tərk edərək kiçik dövlət qurduq. Bu dövlət yarandığı gündən uğursuz oldu. Yeni Osmanlı İmperiyası qura bilmərik, amma imperiyanın köhnə xalqları kimi birləşib qardaş ola bilərik”, – deyə Dmitri Kiçikis qeyd edib.

Professor Yunanıstanın rus ekspansiyasına qarşı da ayıq olmalı olduğunu bildirib. Qərbin 200 il boyunca Rusiya təhlükəsinə qarşı bu maneəni qurmaq istədiyini qeyd edən Kiçikis, Egey dənizinin hər iki tərəfini birləşdirmək və buranı Rusiyaya qarşı qorumağın vacibliyinə diqqət çəkib.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın