Çərşənbə , İyul 16 2025
azfa

Yunanıstanda – Qərbi Trakyada türklər 3 vilayətdən 2-də birinci oldu

GADTB: Yunanıstanda 9 iyunda keçirilən Avropa Parlamenti (AP) seçkilərində türklərin qurduğu Dostluq Bərabərlik Sülh Partiyası (DEB) Qərbi Trakyada 3 vilayətdən 2-də birinci olub.

Yunanıstan Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, seçki qutularının 96 faizlə açıldığı qeyri-rəsmi nəticələrdən sonra DEP partiyası türklərin sıx yaşadığı Rodopda 36, İskeçedə 27 faiz səslə birinci olub.

Komotinidəki partiya qərargahında seçkilərin nəticələrini izləyən üzvlər, namizədlər və tərəfdarlar ənənəvi nağara və tütəklərin müşayiəti ilə qələbələri coşqu ilə qeyd ediblər.

DEF Partiyasının sədri Çiğdem Asafoğlu deyib: “Biz çox xoşbəxtik. Bu nəticəyə əmin idik. Bunu getdiyimiz hər yerdə demişik. Xalqımız bu gün bir daha həm öz mübarizəsini, həm də partiyasını dəstəklədi”. Azlıq seçiciləri ölkə üzrə 3 faizlik seçki baryeri səbəbindən millət vəkili seçə bilməyəcəklərini bildikləri halda DEB-ə səs veriblər. Bununla azlıq ölkəni idarə edənlərə çox ciddi mesaj verdi. Rəsmi Afina burada bir azlığın yaşadığına məhəl qoymamağı dayandırmalıdır”.

Xatırladaq ki, DEB 2014 və 2019-cu illərdə AP seçkilərində Qərbi Trakyadakı 3 əyalətdən 2-də birinci olsa da, ölkə daxilində tətbiq edilən 3 faizlik seçki baryerini keçə bilmədiyi üçün AP-yə deputat göndərə bilməyib.

Həmçinin yoxlayın

İranla razılıq əldə olunmasa, “tətik mexanizmi” işə salınacaq

GADTB: Fransanın xarici işlər naziri Jan-Noel Barrot avqustun sonunadək İranla nüvə proqramı üzrə razılıq əldə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də “Əmr verildi – Moskvanı vurun!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …