Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Yunanıstanın dənizə buraxdığı 74 qaçqını Türkiyə İzmir sahillərində xilas edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İzmir vilayətinin Foça qəsəbəsində Yunanıstan tərəfdən Türkiyənin ərazi sularına itilənən 74 qaçqın xilas edilib.

Sahil Təhlükəsizlik Komandanlığının qrupları qəsəbə sahillərində nizamsız miqrant olduğuna dair məlumat qarşısında bölgəyə cəlb olunub.

Qrup Yunanıstan tərəfdən Türkiyənin ərazi sularına itələndiyi aşkarlanan 3 qayıqda cəmi 74 qeyri-qanuni miqrantı xilas edib.

Muğla vilayətinin Datça qəsəbəsində də Yunanıstan sahil mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına atılan 21 qeyri-qanuni miqrant sahil təhlükəsizlik qrupları tərəfindən xilas edilib.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …