Şənbə , İyul 13 2024
azfa

Yusif Kari və Mehrdad Şeyxi rejimin “milli fəaliyyətdən əl çəkmək qarşılığında azad edilmələri”nə dair təklifini rədd ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprel ayının 27-də Ərdəbil zinsanın məsulları həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar Yusif Kari və Mehrdad Şeyxi ilə görüşərək, onlara təklif ediblər ki, əgər milli fəaliyyətlərindən əl çəklmələrinə dair öhdəlik götürsələr azad edilərlər.

Rejimin məmurlarının bu təklifini azərbaycanlı siyasi məhbuslar rədd edərək milli fəaliyyətlərinin qanuni olduğu, onlara qarşı irəli sürülən ittihamların isə əsassız olduğunu bildirilər. Azərbaycanlı milli fəallar məhkəmə proseslərinin ədalətsiz keçirildiyini deyiblər.

Qeyd edək ki, Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. O sonralar rejimin Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmişdi. Lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Azərbaycanlı fəal Mehrdad Şeyxi isə fevralın 27-də məhkəmə qərarlarının icrası idarəsindən aldığı bildiriş əsasında 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil zindanına salınmışdı.

O, 2019-cu ilin noyabrın 20-də Ərdəbildə atası evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış, 11 gün təcridxanada saxlandıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi Mehrdad Şeyxiyə “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzası barədə qərar çıxarsa da, Apellyasiya Məhkəməsi bu qərarı 6 aya həbs cəzasına endirmişdir.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …