Zəncanda milli şüarlar: “Azərbaycan var olsun- istəməyən kor olsun”- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın zəncan şəhərində yarışda milli şüarlar səsləndirilib.

Futzal üzrə “Arman Zəncan” və “Ərşiya Azərbaycan Şəhre Qods” komandaları arasında keçirilən oyunda Zəncanlı gənclər milli şüarlar səsləndiriblər.

 Yarış dünən axşam Zəncanın 6000 tamaşaçı tutumlu inqilab stadionunda keçirilib.

Oyun zamanı  “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Zəncanlılar var olsun, istəməyən kor olsun”, “Yaşasın Zəncan” şüarları səsləndirilib.

Bundan başqa Zəncanlı tərəfdarlar qarşılaşma zamanı Traxtur komandasının bayraqlarını qaldırıblar.

Qeyd edək ki, Zəncanlı tərəfdarlar bir müddət əvvəl də həmin stadionda “Urmu, Təbriz, Ərdəbil – Bu səs Zəncandan gəlir” şüarları da səsləndirmişdilər.

Video:

https://t.me/GADTB1/40419

Həmçinin yoxlayın

Azərbaycan nümayəndəsi BMT sessiyasında Fransanın Əlcəzairdə törətdiyi cinayətlərdən danışıb – VİDEO

GADTB: Fransa Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının nəticələrinə görə tam tarixi və hüquqi məsuliyyəti öz üzərinə …

Erməni lobbisi fəaliyyəti nəticəsində 60 konqresmen Azərbaycana qarşı çağırış etdi

GADTB: ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk …