Zəncanda müharibədə partlamamış sursat partlayıb, 14 Sepah terrorçusu ölüb

GADTB Güney Azərbaycanın Zəncan bölgəsində partlamamış sursatın partlaması nəticəsində 14 Sepah terrorçusu ölüb. Bu barədə Zəncanda yerləşən Ənsarəl-Mehdi Korpusu məlumat yayıb.

Məlumata görə, bu gün müharibədən sonra minaların və partlamamış sursatların zərərsizləşdirilməsi əməliyyatlarından birinin həyata keçirilməsi zamanı partlamamış döyüş sursatlarından biri partlayıb və nəticədə 14 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Açıqlamada o da qeyd olunur ki, ABŞ-ın bölgədə istifadə etdiyi silahlar geniş təsir dairəsi, seçilməz nəticələri və münaqişədən sonrakı humanitar fəsadlarına görə kasetli bombaların istifadəsinin qadağan olunması və ya məhdudlaşdırılması ilə bağlı beynəlxalq konvensiyalara əsasən bir çox beynəlxalq hüquq sənədlərində qadağan edilmiş və ya ciddi məhdudiyyətə məruz qalmış silahlar sırasına daxildir.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …