Cümə , Oktyabr 4 2024
azfa

Zəncanda yanğınsöndürənlər etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəncan şəhərində yanğınsöndürənlər etiraz aksiyası keçiriblər.

Zəncan şəhərində bələdiyyə binası qarşısına toplaşan narazılar əmək haqlarının az olmasına, başqa qanuni tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.

Azərbaycanlı yanğınsöndürənlər Tehranla başqa əyalətlər arasında əmək haqlarında olan kəskin fərqin bölgələrdəki işçilərə qarşı ayrı-seçkilik olduğunu bildiriblər.

Zəncan Bələdiyyəsinin yanğından mühafizə və təhlükəsizlik xidmətlərinin rəisi Əmir Fəzli paytaxtla Zəncan yanğınsöndürənlərinin əmək haqlarının fərqli olduğunu təsdiqləyib.

“Əmək haqlarının müəyyənləşdirilməsi məsələsində Tehranın öz qaydaları var və biz bu məsələdə heç nə edə bilmərik”,- deyə o, qeyd edib.

Həmçinin yoxlayın

Litva da Sepah-ı terror təşkilatı elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litva parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) …

İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

GADTB: Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın …