Cümə axşamı , Noyabr 13 2025
azfa

Zəngəzur dəhlizi və İranın regional tranzit imkanlarını itirməsi

GADTB: Zəngəzur dəhlizi layihəsi ABŞ, Türkiyə və Azərbaycanın dəstəyi ilə sürətləndiyi bir vaxtda İran öz alternativ layihəsini həyata keçirməkdə susqunluq və ləngliyi ilə strateji Fars körfəzi-Qara dəniz marşrutunu canlandırmaq üçün qızıl fürsəti əldən verir.

Bu marşrut İranı Asiya ilə Avropanı birləşdirən yola çevirə və ölkənin rəqabət aparan tranzit marşrutlarından asılılığını azalda bilər.

Tehranın təklif etdiyi marşrut malların İranın cənub limanlarından Ermənistan və Gürcüstana daşınmasını və Poti və Batumi limanları vasitəsilə Avropa bazarlarına çatdırılmasını təmin edə, daşıma xərclərini 30 faizə qədər, tranzit vaxtını isə 40 faizə qədər azalda bilər.

İqtisadi faydalarla yanaşı, bu dəhlizin həyata keçirilməsi İranın geosiyasi mövqeyini də gücləndirəcək və ölkənin Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi təşkilatlarda mövcudluğunu artıra bilər.

Lakin İran tərəfindən layihənin icra prosesi ləng gedir.

Culfa-Ermənistan-Gürcüstan dəmir yolu marşrutu ilə bağlı hələ də ciddi praktik addımlar atılmayıb, rəqib Zəngəzur layihəsi isə Türkiyə və Azərbaycanın dəstəyi ilə irəliləyir.

Ekspertlər xəbərdarlıq edirlər ki, İranın süründürməçiliyi müstəqil və strateji tranzit marşrutu yaratmaq imkanının əldən çıxmasına səbəb ola bilər. Ermənistanla əməkdaşlıq Türkiyə və Azərbaycanın regional təzyiqlərinə qarşı geosiyasi tarazlıq yarada bilər, lakin bu, icra syrukturlarından çevik qərarlar qəbul etməyi və çeviklik tələb edir, çünki regional tranzit rəqabətində lənglik geriləmə deməkdir və qarşıdakı 50 il ərzində ölkənin iqtisadi təhlükəsizliyinə təhdid deməkdir./Azad İran

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …