Cümə , Sentyabr 13 2024
azfa

Zənganda haqları üçün etiraz edən işçilər işdən qovuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində Transformator Zavodunun 20 illik iş stajı olan 5 işçisi haqları üçün etiraz etdiklərinə görə işdən qovulublar.

İşçilər ağır və sağlamlığa ziyanlı işlərə görə nəzərdə tutulan siğorta haqqının ödənilməməsinə etiraz etdiklərinə görə cəzalandırılıblar.

Bundan əvvəl adı çəkilən zavodda əmək haqlarının gecikdirilməsinə, qanunla nəzərdə tutulan hüquqların pozulmasına görə bir neçə dəfə etiraz aksiyası keçirilib.

Zavod rəhbərliyi işdən çıxarılan həmin 5 işçinin bu aksiyalara təşkilatçılıq etdiklərini iddia edib.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …