Çərşənbə , Noyabr 11 2026
azfa

Zəngəzur dəhlizinə qarşı çıxan İran Ermənistanla dəmir yolu əməkdaşlığını genişləndirir

GADTB: İranın Dəmir Yollarının rəisi Cabbar Əli Zakeri Sərdrudi erməni həmkarı ilə görüşüb. Görüşdə MDB məkanında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və İranın İrəvan üzərindən Rusiyaya çıxış marşrutunun açılması müzakirə olunub.

Tərəflər dayanıqlı dəmir yolu daşımalarının təşkili, marşrut üzrə daşına biləcək yüklərin müəyyən edilməsi və ekspeditor şirkətlərin fəaliyyətinin işə salınması məsələlərinə toxunublar.

Danışıqlarda Azərbaycan və Ermənistan arasında əldə olunmuş son razılaşma kontekstində, Şimal-Cənub dəhlizinin Naxçıvan marşrutu üzərindən açılmasının mümkünlüyü qeyd olunub. Bu addımın İran–Rusiya dəmir yolu əlaqələrinin qurulmasına şərait yarada biləcəyi vurğulanıb. Tərəflər növbəti görüşün yaxın vaxtlarda Tehranda keçirilməsi barədə razılığa gəliblər.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …