Çərşənbə , Noyabr 11 2026
azfa

Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi 99 il müddətinə Amerika şirkətinə verilir

GADTB: Donald Tramp deyib ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi 99 il müddətinə Amerika şirkətinə verilir.

“Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları həmişəlik dayandırmağı, ticarət yollarını açmağı, diplomatik əlaqələr qurmağı və bir-birinin ərazi bütövlüyünə hörmət etməyi öhdəsinə götürür”-, deyə Tramp əlavə edib.

Tramp həm də ABŞ-nin Azadlığa Dəstək Aktının 907-ci maddəsini müvəqqəti olaraq dayandıraraq Azərbaycanla hərbi əməkdaşlığa dair bütün məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

 İlham Əliyev cavab olaraq Amerika liderinə bu addımına və sülhün nizamlanmasında vasitəçiliyinə görə təşəkkür edib.

Eyni zamanda Minsk qrupu da ləğv edilib.

Azərbaycan və Ermənistan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik edib.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə Bəyannamədə yer alıb.

“Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq”, – tərəflər bəyannamədə çağırış ediblər.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …