Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Zərifin sərnişin təyyarəsini qəsdən vurduqlarına dair gizli səs yazısı yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın vurduğu Ukrayna təyyarəsi ilə bağlı gizli səs yazısı ortaya çıxıb. Bu barədə CBC məlumat yayıb.

Gizli səs yazısının Kanada hökuməti və gizli xidmətin əlində olduğu, eyni zamanda səsin İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə aid olduğu bildirilib.

Səs yazısında Zərif əvvəlcə təyyarənin vurulmasının təsadüf olduğunu, daha sonra casusların təyyarəni qəsdən vurduğunu deyib:

“Hadisəni mütəşəkkil cinayətkar qrupun törətdiyini ehtimal etsək belə, həqiqəti nə bizə, nə də başqasına söyləyəcəklər. Bunun ehtimalı azdır. Hadisədə casusların da əli ola bilər. Minlərlə ehtimal var. Bəlkə də həqiqətən müharibə və ya radara görə qəza baş verib. Bundan başqa, həqiqətin heç vaxt açıqlanmaması üçün səbəblər də ola bilər”.

Səs yazısının bir hissəsində Zərif nümunə kimi Rusiyanın 2014-cü ildə Malayziya Hava Yollarına aid təyyarəni vurmaqda günahlandırıldığını, ancaq bunu heç vaxt etiraf etmədiyini bildirib.

CBC yazır ki, səs yazısı təyyarə qəzasından bir neçə ay sonra gerçəkləşib.

Kanada Baş naziri Castin Trüdonın müşaviri Ralf Qudeyl hökumətin səs yazısından xəbərdar olduğunu deyib.

Xatırladaq ki, keçən ilin yanvar ayının 8-də Ukrayna Hava Yollarına aid “Boinq” sərnişin təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra Sepah tərəfindən vurulmuşdu. Təyyarədə olan 9 ekipaj üzvü və 167 sərnişinin hamısı həlak olmuşdu. Hadisədən bir neçə gün sonra İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf etmişdi.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …