Zindanda aclıq aksiyası keçirən azərbaycanlı məhbusun vəziyyəti ağırlaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Urmiyada həbsdə saxladığı və yanvarın 13-dən aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlaninin sağlıq durumu pisləşib.

Uzun müddətdir aclıq aksiyası keçirən Hamid Qaraoğlaninin qanında şəkərin ölçüsü kəskin düşüb və o ağır vəziyyətdə klinikaya köçürülüb. Həbsxana rəhbərliyi onun ailəsinə zəng edərək həsxanaya getmələrini istəyib.

Qaraoğlaninin hara aparıldığı barədə məlumat verilməyib.

5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmiyada rejimin İnqilab Məhkəməsinin 2 saylı şöbəsində mühakimə olunub.

O, “Amerika, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, “Qasım Süleymaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 14 il həbs cəzasına dəyişdirilib.

Hamid Qaraoğlani barəsində irəli sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.

Həmçinin yoxlayın

Türkiyə və ABŞ ”F-35” məsələsini müzakirə ediblər

GADTB: Hakan Fidan və Marko Rubio Türkiyənin F-35 proqramına yenidən qoşulması və CAATSA sanksiyalarının ləğvini …

Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn …