GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda və İrandakı zindanlarda molla rejimin məhbusları edam etməsinə etiraz olaraq aclıq aksiyası davam edir.
Dünən İranda “Çərşənbə axşamları edama Yox!” kampaniyası 29-cu həftəsinə keçib.
Bildirilib ki, Tehranın Evin zindanının qadınlar bölməsində, Qızılhisar, Kərəc, Xürrəmabad, Şiraz, Xoy, Təbriz, Urmiya, Ərdəbil, Mərivan şəhərlərinin mərkəzi həbsxanalarında, o cümlədən Lakan və Məşhədin Vəkilabad zindanlarında məhbuslar edamlara etiraz olaraq aclıq aksiyasına başlayıblar.
Etirazçı məhbuslar bildiriblər ki, ötən çərşənbə axşamından İranda 45-dən çox məhbus edam edilib, onlardan 29-u bir gündə kütləvi şəkildə asılıb.