Şənbə , Sentyabr 19 2026
azfa

Zunuzidən fars irqçinin tvitinə kəskin cavab: Atada sizi hər zaman türkcə qarşılayırıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi jurnalistlərdən birinin irqçi tvitinə cavab olaraq Zunuzi deyib: Siyasi şərhlər vermək istəmirəm, lakin mövcud tendensiya göstərir ki, onlar siyasi problemləri yaratmağa çalışırlar. Radio-televiziya bütün etnik qruplara aiddir. Etnik qruplar bir araya gələrək İranı əhalisini təşkil etdilər. İran etnik qruplarını niyə ayırmaq istəyirsiniz? Separatçı biz yox əslində bu davranışınızla sizsiniz.

Ata Hava Yollarında Təbrizdən səyahət edərkən və ya Təbrizə gedərkən sərnişinləri ingilis və fars dillərindən başqa türkcə də qarşılayırıq, lakin bir nəfər tvitində “Atadan separatçılıq başlayıb” yazıb. Niyə belə damğa vururub, konstitusiyanı pozursunuz.

 Zunuzi daha sonra deyir ki, türklər və digər txalqlar hamısı bu ölkə üçün çox çalışıblar. Tarixi oxuyun və görün nə baş verdi və bu ölkəni kim saxladı. Bütün xalqlarr, xüsusilə soydaşlarımız çox çalışıblar…

Qeyd edək ki, bir irqçi fars jurnalist Təbrizdə sərnişinlərə türkcə xoş gəldin deyilməsindən özündən çıxıb və tvitlə Ata Hava Yolları Şirkətinə hücum etmişdi.

https://t.me/GADTB1/37855

Həmçinin yoxlayın

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri: İran İslam Respublikası ilə qarşıdurma yekun mərhələdədir

GADTB: ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Donald Tramp administrasiyası İran İslam Respublikası …

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …