Cümə , Aprel 26 2024
azfa

Ərdoğan-Tramp görüşündən sonra F-35 və sanksiya açıqlaması

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdoğan-Tramp görüşündən sonra Türkiyə prezidenti Ərdoğan F-35 və sanksiya barədə açıqlama verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ABŞ-dan əvvəlki kimi F-35 təyyarələrinin tədarükünü gözləyirik.

“Biz əvvəlki kimi bu təyyarələrin tədarükünü gözləyirik. Bizim ödənişlə bağlı planımız icra edilir”, – deyə o bildirib.

Ərdoğan həmçinin deyib ki, ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək.

“Mən Prezident Trampla danışıqlar apardım. Az əvvəl o da öz mətbuat konfransında çıxış etdi. Biz eşitdik ki, sanksiyalar olmayacaq. Məncə, iki strateji tərəfdaşın bir-birinə sanksiya tətbiq etməsi yersiz olardı”, – deyə o bildirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın