Cümə axşamı , Oktyabr 15 2026
azfa

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil olmaması barədə qərar çıxarıb.

Parlamentin yeni qərarının Pekinlə gərginliyə səbəb ola biləcəyi güman olunsa da, bu tərzlə hazırlanmış məhsulların Avropaya daxil olmasının qarşısı alınacaq.

Yeni qərarda Çinin adı birbaşa çəkilməyib. Lakin qanunvericilər həmin qərara əsasən, məcburi əmək nəticəsində, o cümlədən Şərqi Türküstanda (Sin Kianq) istehsal olunaraq Çindən idxal olunan malların qarşısının alınacağını düşünürlər.

Həmin qərar Avropa Birliyində 555 lehinə, 6 əleyhinə və 45 bitərəf səslə ratifikasiya edilib. Qərar Avropa Birliyinin 27 ölkəsi tərəfindən yekun təsdiq olunmasından sonra qanuna çevriləcək.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …