100 ziyalı Xamneinin koronavirusu ölkədə milli faciəyə çevridiyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 100 ziyalı və fəal ölkədə Çin koronavirusun milli faciəyə çevrilməsində Əli Xameneini günahlandırıblar.

Ziyalılar həmçinin Həsən Ruhanini də koronavirus böhranını gizlətməkdə Xamenei ilə ortaq hərəkət etdiyinə də vurğulayıblar.

Onların bəyanatının bir hissəsində deyilir: “Ölkədə Çin koronavirusunun milli faciəyə çevrilməsinə birbaşa Əli Xamenei səbəb olmuşdur. Dövlət və təhlükəsizlik qüvvələrinin əhalinin məclis seçkilərində və 11 fevral mitinqinə qatılmalarını təmin etmək üçün koronavirusun yayılmasını gizlətməsi İranda əhalini təhlükəli virusun qarşısını almaq üçün “qızıl fürsət”dən məhrum edib”.

Ziyalılar və fəallar Əli Xameneinin “bioloji hücum” və “düşmən sırasındakı əcinnə” ilə bağlı sayaqlamaları, eləcə də “Sərhədsiz həkimlər”in fəaliyyətinə mane olmasına toxunaraq deyiblər: “Hər bir vətəndaşın sağlığı və həyatı Xamenei, onun müşavirləri və rejimin təhlükəsizlik qüvvələri tərəfindən girov götürülüb. Xameneiyə tabe dövlət də bu siyasətin icraçısına çevrilib”

Ziyalılar sonda “Nə üçün İran Milli İnkişaf Xəzinəsinin pulları Qüds Qüvvələrinə xərclənməli, insanların həyati əhəmiyyətli sağlamlığına sərf edilməməlidir? Niyə Xameneinin nəzarətindəki iqtisadi qurumların sərmayəsi koronavirusla mübarizəyə xərclənmir?” sualını veriblər.

Həmçinin yoxlayın

Aydın Qasımlı: Türküstan Piri – Təsəvvüf fəlsəfəsinin ölümsüz şairi Əhməd Yəsəvi

GADTB: Uzaq Şərqdən Avropanın ortalarına qədər 1200 illik İslama qədərki Türk hakimiyyətini əsası X əsrdən …

Azərbaycanlı fəal Melika Qaragözlü universitetin inzibati komitəsinə çağırldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Əllamə Təbatəbayi Universitetində jurnalistika fakültəsinin öyrəncisi azərbaycanlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir