Cümə , Aprel 26 2024
azfa

9 noyabr Azərbaycannın Dövlət Bayrağı Günüdür

 

GADTB: Azərbaycan xalqı XX əsrin birinci yarısında Şimali Azərbaycanda modern və müasir dövlət qurub, Azərbaycanın 3 rəngli bayrağını dövlət bayrağı kimi seçmişlər. Bununla bağlı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyi bərpa etdikdən sonra yenidən həmin bayrağı Azərbaycanın bayrağı elan etdi. 2009-cu ilin noyabr ayında Azərbaycan Dövlət Bayrağı Günü ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmuş və bu bayram Azərbaycanda qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …