Cümə axşamı , May 23 2019
azfa

ABŞ və İsrail İran adlanan ölkədən nüvə alimini qaçırdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Britaniya, ABŞ və İsrail xüsusi xidmət orqanları 2018-ci ilin sonunda İran adlanan ölkəyə qarşı birgə əməliyyat təşkil edib. Əməliyyat nəticəsində İrandan 47 yaşlı nüvə fiziki ABŞ-a qaçırılıb.

Bu məlumatı Britaniyanın “Sandey Ekspres” qəzeti yayıb.

Məlumata görə, Qərbə məxfi şəkildə aparılan fizikin təkcə Tehranın nüvə proqramı haqqında informasiyaya sahib deyil, həm də İranın məşhur nüvə fiziki Mustafa Əhməd Roşanın ölümünün təşkilində də iştirak edib. Belə ki, dekabr ayında MOSSAD agenti alimi İrandan çıxararaq, onu miqrantlar qrupu daxilində gizlədib və bundan sonra xüsusi xidmət orqanları onu La-Manşdan qeyri-leqal miqrantlarla birgə Britaniyaya gətirməyi bacarıb. Britaniya və ABŞ kəşfiyyat xidməti orqanları əməkdaşlarının alimlə apardıqları söhbət zamanı İranın nüvə razılaşmasına hələlik əməl etdiyi aydınlaşıb. Alim həmçinin Qum şəhərindən 240 kilometr məsafədə təkcə enerji yox, həm də atom döyüş başlıqları istehsal etmək gücündə olan 2 nüvə müəssisəsi olduğunu da deyib.

Həmçinin yoxlayın

Azərbaycan mədənlərinin fars şəhərlərinə talanıb daşınması sürətlənib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim müstəmləkə siyasəti ilə Güney Azərbaycanın …

Tanınmış azərbaycanlı milli fəal Əziz Purvəli dünyasını dəyişib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Əziz Purvəli bu gün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir