Cümə , Aprel 26 2024
azfa

Axısxalı Türklərin tarixi vətənlərinə geri dönmə problemi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dünya Ahıska Türkləri Birliği (DATÜB) Medya Təmsilçisi, Ankara Hacı Bayram Veli Universitetinin doktorantı Mövlud Işık deyib ki, “14 noyabr 1944-cü ildə tarixi vətənlərindən sürgün edilən və bugün dünyanın 10 ölkəsində toplum halda yaşayan Axısxalı Türklər içərisində tarixi vətən Axısxaya dönmək istəyənlərin əksəriyyəti Azərbaycanda məskunlaşan Axısxa Türkləridir.”

Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən qəbul ediləcək Soydaş haqqında qanun xaricdə yaşayan azərbaycanlılara yüksək statuslu imtiyazlar verməklə yanaşı, həm də Azərbaycanda yaşayan Axısxalı Türklərin tarixi vətənləri Gürcüstanın Axısxa bölgəsinə köç etmələrini asanlaşdıracak:

Gürcüstan dövləti 2007-ci ildə Avropa Şurası qarşısında Axısxalı Türklərin tarixi vətənlərinə geri qaytarılması ilə bağlı öhdəlik götürdü. Bu öhdəlik çərçivəsində Azərbaycan başda olmaqla bir çox ölkələrdə yaşayan Axısxalı Türklər tarixi vətənlərinə geri dönmək üçün təyin edilən müddət ərzində ərizə ilə müraciət etdilər. Toplanan 13 mindən çox müraciət ərizəsinin və Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edilən 5842 ərizənin əksəriyyəti Azərbaycanda yaşayan Axısxalı Türklərin oldu. Bu ərizələri dəyərləndirən Gürcistan dövləti 2015-ci ildən etibarən bugünə qədər 1700-ə yaxın Axısxalıya geri dönüş icazəsi, 497 nəfərə isə şərtli vətəndaşlıq hüququ verdi. Amma geri dönüşün reallaşması üçün Gürcüstan tərəfindən qoyulan ən ağır şərtlərdən biri Azərbaycan vətəndaşı olan Axısxalıların ancaq mövcud vətəndaşlığından imtina etdikdən sonra Gürcüstan vətəndaşlığına müraciət edə bilmələri idi. Bu şərti qəbul etməyən Axısxalı Türklər isə Azərbaycan vətəndaşlığından imtina etmədi. Belə olan halda verilən şərtli vətəndaşlıq hüququ çərçivəsində bugünə qədər heç bir Axısxalı Türk Gürcüstan vətəndaşlığını əldə edə bilmədi. Dünya Ahıskalı Türklər Birliyinin (DATÜB) dəstəyi ilə Axısxaya köç edən Axısxalı ailələr isə hələ də öz vətənlərində turist kimi yaşayır. Belə düşünürəm ki, qəbul ediləcək Soydaş haqqında qanun Gürcüstanda yaşayan və hətda köç etmək istəyən yüzlərlə Axısxalı Türkə də yüksək statuslu imtiyazlar verilməsi nəticəsində vətənə köç prosesini sürətləndirəcək.”

Qeyd edək ki, hazırda xaricdə yaşayan Azərbaycan əsilli şəxslər üçün yüksək statuslu imtiyazların olduğu qanun layihəsi hazırlanır. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsində “soydaş” anlayışı müəyyən edilib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın