Azərbaycanda “Sarı gəlin” abidəsinin layihəsi hazırlandı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda “Sarı gəlin”ə abidə qoyulacaq. Türk Ölkələrinin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Hannover Elmlər Akademiyasının akademiki, Azərbaycan Memarlar İttifaqının üzvü memar Cahid Həsənov bu barədə deyib ki, mən “Sarı gəlin” abidə kompleksinin yerini keçmiş Sovetski ərazisində, yeni salınacaq yaşıllıq parkında görürəm. Düşmənlərimiz tərəfindən oğurlanmış məşhur “Sarı gəlin” xalq mahnımızın şərəfinə “Sarı gəlin” abidə kompleksini çoxdan işləyib hazırlamışam. Belə bir abidənin yaranmasının vaxtının gəlib çatdığını düşünürəm.

Memar bildirib ki, bu abidə tezliklə ucaldılmalıdır, yoxsa ermənilər buna da sahib çıxmağa çalışacaq, abidə ucaldacaqlar:

“Keşmiş Sovetski Bakının amfiteatrı kimi bir relyefli ərazidir. Burada bu kompleks sanki tamaşa məkanı kimi effekt verər. Digər yerlər, Ağ şəhər, ümumiyyətlə, Xəzər dənizi sahili ərazi də ola bilər. Heykəlin ilk növbədə yerinin, məkanının həlli vacib məsələdir. Memar kimi, bu abidənin yerinin məhz Bakı şəhərində olmasını məsləhət bilərək, sənədləri Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmişəm. Lakin bunun reallaşmasının yubanmasından, bu məsələyə cavabın verilməməsindən çox narahatam. Qorxuram ki, ermənilər “Sarı gəlin” mahnısı kimi, “Sarı gəlin” kompleksini də oğurlayarlar”.

C.Həsənov bildirib ki, hazırladığı kompleks haqqqında ətraflı məlumat da verib:

“Bu abidə kompleksinin formatı, zənginliyi, effektliyinin olmasının məsuliyyətini dərindən dərk etdiyimdən hər bir kiçik detalı üzərində belə aylarla işləmişəm. “Sarı gəlin” musiqisi sədaları altında hərəkət edəcək dinamikli su effektləri, mahnının sözlərində deyildiyi kimi: “saçın ucun hörməzlər” sözünün abidə kompleksinin dizaynında işlənməsi dünya memarlğında bir ilkdir və mahnının sözü ilə abidə dizaynı bir-biri ilə vəhdət təşkil edir. Dünya memarlığında ilk olaraq mahnının mətni kompleksdə davam etdirilir. “Saçın ucun hörməzlər”i fəvvarələr qoynunda uzanan hörükləri mərmərlə davam etdirmişəm. Bu abidə kompleksində kluminasiya nöqtəsi, ən çətin olan “Sarı gəlin” heykəlinin özünün formatı oldu və mən bunu protatip kimi tapdım. Bu heykəlin yer səthindən hündürlüyü 7.5 metrdir (4 metr kürsü, 3.5 m heykəl). Heykəl ətrafında olan fəvvarənin diametri 30 metr, layihənin tam diametri isə 60 metrdir”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın