Çərşənbə axşamı , Avqust 20 2019
azfa

Azərbaycanın parçalanması və Türkmənçay sülhünün imzalanmasından 191 il ötür

GADTB: Azərbaycanı iki yerə bölən Türkmənçay sülh müqaviləsinin imzalanmasından  191 il ötür.

1747-ci ildə Nadir şahın ölümündən sonra Avşar imperiyası parçalandı. İmperiyanın ərazisində feodal dövlətləri yarandı. Dövlətin mərkəzi olan Azərbaycan torpaqlarında da 20-yə qədər xanlıq formalaşdı. Qacarların tarix səhnəsinə çıxması ilə yenidən Azərbaycan torpaqlarının birləşməsi, feodal pərakəndəliyinə son qoyulması üçün tarixi şans yarandı. Ağa Məhəmməd şah Qacarın (1782-1797) hakimiyyətə gəlməsi və Qafqaza yürüşləri bu prosesin əsası qoyulmuşdu. Lakin şimalda Qafqazı ələ keçirməyə çalışan güclü Rusiya imperiyası vardı. Ağa Məhəmməd şahın ölümündən sonra Qacar dövlətinin Qafqaza iddiaları azalmağa, Rusiyanın işğalçılıq iştahası artmağa başladı. 1804-1813-cü illər Qacar-Rusiya müharibəsi rusların qələbəsi ilə başa çatdı. Həmin il imzalanmış Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycanın Naxçıvan və İrəvan istisna olmaqla bütün şimal torpaqları Rusiyanın himayəsinə keçdi.  Lakin Qacarlar Azərbaycanın şimal torpaqlarına iddialarından vaz keçməmişdilər. İradəsiz və qətiyyətsiz Fətəli şahın rəhbərlik etdiyi Qacar dövləti  1826-1828-ci illərdə baş verən savaşda da ruslara uduzdu.

1828-ci il fevral ayının 10-da çar (Romanovlar) Rusiyası və Qacar dövləti arasında bağlanan bu müqaviləyə əsasən Azərbaycan torpaqlarının Araz çayından Şimaldakı hissəsi Çar Rusiyasının, Cənub hissəsi isə Qacar şahının əsarətinə keçdi. Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və Qacar şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirildi. Müqavilənin imzalanmasında məşhur rus yazıçısı Aleksandr Qriboyedov və tarixçi-yazıçı Abbasqulu ağa Bakıxanov iştirak edib. Bakıxanov imzalanma mərasimində  tərcüməçi idi.

Türkmənçay müqaviləsi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir.

Bu müqavilədən sonra Azərbaycan torpaqlarının parçalanması prosesi başa çatdı. Rusların Qacar və Osmanlı torpaqlarından erməniləri qədim Azərbaycana yurdlarına köçürülməsi kimi bədnam planı da bu müqavilədən sonra həyata keçirilməyə başladı. Qafqazda əbədi möhkəmlənmək istəyən Rusiyanın əsas niyyəti Osmanlı və Qacar dövləti ilə sərhəddə xristian bufer dövətin yaratmaq idi. Türkmənçay müqaviləsindən 1 ay sonra Novruz bayramı günü martın 21-də Rus çarı İrəvan xanlığı ərazisində “Erməni vilayəti”nin yaradılması haqqında fərman verdi. Beləliklə  Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına əsas yaradan  prosesə start verildi.

Həmçinin yoxlayın

Suriyada Türkiyənin hərbi konvoyu bombalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya Hərbi Hava Qüvvələri İdlib vilayətindəki Türkiyə hərbi …

İrqçi fars rejim imzaladığı nüvə sazişini 3-cü mərhələdə pozmağa hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim imzaladığı nüvə sazişini 3-cü mərhələdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir