Azərbaycanla Türkmənistan Xəzərdən fiber-optik rabitə xətlərinin tikintisini müzakirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın rabitə operatoru “AzerTelecom” MMC və Türkmənistanın Dövlət Telekommunikasiya Şirkəti “Turkmentelecom”un nümayəndələri arasında onlayn görüş baş tutub.

Onlayn iclasın əsas mövzusu Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında layihənin həyata keçirilməsi olub.

Qeyd olunub ki, qədim zamanlarda Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihənin həyata keçirilməsi Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək.

Agentlikdən verilən məlumata görə, telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilib, eyni zamanda fiber-optik rabitə xətlərin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və qorunması şərtləri müzakirə olunub.

Həmçinin yoxlayın

Sayın Mikayıl Oytanın 28 May – Cümhuriyyət bayramı münasibətilə təbrik mesajı-Video

Sayın Mikayıl Oytanın 28 May – Cümhuriyyət bayramı münasibətilə təbrik mesajı-Video GADTB-nin Mətbuat Mərkəzinə daxil …

ABŞ nüvə proqramı ilə bağlı irqçi fars-molla rejiminə təzyiqləri artırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp administrasiyası İranın nüvə razılaşması ilə bağlı tətbiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir