Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı fəal İbrahim Nuri hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Babək Qalası Qurultayı ərəfəsində Tehranda həbs edilən azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Məlumata görə, azərbaycanlı fəal Tehranın Evin zindanının 209-cu bölməsində qeyri-müəyyən vəziyyətdə saxlanılmaqdadır. Onun vəziyyəti barədə heç bir məlumatın verilməməsi fəalın ailəsi və milli-mədəni fəallar arasında narahatlığa səbəb olub.

İbrahim Nurinin həbsindən bir ay yarım vaxt keçməsinə baxmayaraq, onun nədə günahlandırıldığı barədə belə məlumat verilmir.

Bu yaxınlarda isə Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəallara edilən  təzyiqlərlə bağlı geniş bir bəyanat yayıb. Bəyanatda irqçi fars rejimi tərəfindən azərbaycanlı mədəni fəalların qanunsuz saxlanılması pislənilərək, İbrahim Nurinin qeyd-şərtsiz sərbəst buraxılması tələb olunub.

Azərbaycanlı milli-mədəni fəal qeyri-müəyyən şəraitdə saxlanıldığı günlərdə avqust ayının 17-də fəalın qardaşı mərhum Həbib Nurinin vəfatının birinci ildönümü mərasimi keçirilib. Rejim həbsxanada saxlanılan Nuriyə qardaşının yas mərasimində iştirak etməyə belə icazə verməyib.

 

Həmçinin yoxlayın

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Bir cavab yazın