Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı həkim Ümumdünya Səhiyyə Təşkilatına Çin koronavirusunun dərmanı barədə müraciət etdi

‍ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı həkim Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatına (ÜST-ə) məktub yazaraq Çon koronasının dərmanını açıqlayıb.

Tibb eksperti Adil Qeybulla Fransada koronavirusa qarşı dərmanın uğurla sınaqdan keçməsi ilə bağlı məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, bir antibiotik və bir antimalyariya preparatı qəbul etdikdə koronavirus tamamilə ölür:

“Bir zamanlar Hindistanda malyariya xəstəliyi geniş yayılanda onun dərmanları vardı. Həmin dərmanları xüsusi mayelərə qatırdılar ki, əhali onu içsin və malyariyaya yoluxmasın. Vəziyyət o dərəcədə ciddiydi. Həmin o malyariya xəstəliyinə qarşı işlədilən dərmanların belə vəziyyətlərdə effekt verdiyi müəyyən edilib. İlk dəfə bunu Cənubi Koreyada yoxladılar və sınaqdan keçirdilər ki, “hidroki-xlorakin” dərmanı koronavirusa qarşı effekt verir. Hətta ABŞ Prezidenti də öz çıxışında dedi ki, koronavirusun müalicəsində bir antibiotik və bir antimalyariya dərmanları – “hidroksi-xlorakin” və “azitromisin” bir yerdə qəbul etdikdə həm koronavirusu məhv edir, həm də xəstəni ağırlaşdırıcı vəziyyətdən çıxarır. Bu malyariya əleyhinə tətbiq olunan dərman preparatıdır”.

Adil Qeybulla virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatına təkliflərini göndərdiyini bildirib:

“Virusun istiliyə davamlılığının insan orqanizmində az olduğuna əsaslanaraq, Ümumdünya Səhiyyə Təşkilatına yazmışam. Aprel ayının sonlarında virus ölməyə doğru gedəcək”.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın