Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı məhbus Cavad Rəhimzadə Mərənddə dodaqlarını tikdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərində zindanında həbsdə olan azərbaycanlı məhbus Cavad Rəhimzadə dodaqlarını tikərək aclıq aksiyasına başlayıb.

O, məhbusların həbsxana rəisi tərəfindən təzyiqlərə məruz qalması, məhbuslara və görüş zamanı onların ailəsinə edilən hörmətsizliyə etiraz olaraq bu bir addım atıb.

Həbsxana rəisi Xaninin bu vəzifəyə təyin olunduğu gündən məhbuslara qarşı qeyri-insani rəftar edir.

Deyilənə görə Xani bu müddətdə bir çox məhbusun məzuniyyətini ləğv edib. Onların ailəsi ilə görüşünü məhdudlaşdırıb, bəzi hallarda isə görüşlərini ləğv edib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın