Cümə , Aprel 26 2024
azfa

Bakıda Qafqaz İslam Ordusuna abidə ucaldılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1918-ci ildə Digah qəsəbəsində 9 türk əsgəri şəhid olub və həmin şəhidlər orada dəfn olunub. Bu səbəbdən Türk Şəhidliyi Abidəsi həmin qəsəbədə qoyulur və artıq işlərə start verilib.

Bu barədə Abşeron Rayon İcra Hakimiyyətindən 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan əsgərlərin xatirəsi üçün ucaldılan Türk Şəhidliyi Abidəsi ilə bağlı məlumat verərkən deyiblər.

İcradan bildirilib ki, abidənin ucaldılacağı ərazidə artıq abadlıq işləri aparılıb:

“Dünən abidənin ucaldılacağı ərazidə icra başçısı İradə xanım Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Volkan Öskiper, rayon ziyalıları və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə ağaclar əkildi. Ümumilikdə 500-ə qədər ağac və gül kolu əkildi. Həmin yerdə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlıqda dəfn edilən, adları bəlli olmayan türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunacaq. Hələlik ərazidə iş gedir. Nə vaxt açılacağı tam məlum deyil”.

Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə salınan abidə 150 kvadratmetr ərazini əhatə edəcək.

“Salınmış abidə müasir üslubda qurulur. İşlər tamamlanandan sonra abidənin açılışı olacaq”, – məlumatda qeyd edilib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın