Şənbə , Mart 23 2019
azfa

Eldar Qaradağlı: Qanlı 20 Yanvar gecəsi sovitizmin əbədi məzarı oldu!

GADTB: Rus İmperiyasının Sovetizm sistemi, 1990-cı ilin 20 Yanvarında son nəfəslərini Bakıda tükətmiş oldu! Hələ varam ölməmişəm mesajını dünyaya çatdırmaq istəyən Sovet ordusu ağır silah-sursatıyla Bakını qurşuna bağladı. Azərbaycanı, Sovet dövlətinin ən zəyif halqası kimi görən Qorbacov yönətiminin Bakı quşatmasından 3 böyük hədəfi var idi:

Birincisi, Bakıda hər an böyüməkdə olan millli azadlıq hərəkatını basdırq idi. Ruslar belə hrsab edirdilər ki, bir-iki saatlıq gövdə göstərməklə başda Ə. Elçibəy olmaqla Azərbaycanın milli azadlıq liderlərini Bakıdan uzaqlaşdırıcaq və hərəkatı başsız qoyaraq söndürəcəkdir. İkincisi, erməni-rus ordusunun əliyalın Qarabağa girməsinin tez zamanda sonuca varmasını sağlamaq idi. Belə ki, Bakıda gündən-günə yüksələn istiqlal istəklərinin ucu Dağlıq Qarabağa dayanmadan bütün bölgənin Ermənistan dövləti tərkibə girməsi gərəkirdi. Bu isə, Bakını siyasi-hərbi kontrolda tutmaqla olasıydı. Baxmayaraq ki, sovetin dağılmasında sonra, onun xələfi olan Rusiya Federal Cümhuriyyəti Qarabağa bir başa qoşun yeritməklə təkcə Qarabağ deyil, Nəxcivan Muxar Cümhuriyyətini də Ermənistan dövlətinə bağlamaq niyyətini ap-aydın ortaya qoymuş oldu. Ancaq, Nəxcivanda etnik tərkibibin bütünlüklə Türk olmasınin səbəbinə istəyi gərçəkləşmədi.

Üçüncüsü isə, o günün şərtlərinə görə, dünya mesajı kimi də alqılanan, “Hələ varam ölməmişəm hayqırtısı idi. Sovet dövlətinin bu mesajı dünya üçün çox da maraqlı və ciddi xarakter daşımadı. Çünki, 20 yanvardan bir neçə ay qabaq konservativ rus komonistlərinin gözü önündə Berlin Duvarının yıxılmasıyal SSSR-in də dağılmasının imzası atılmışdır.

Rus dövlətinin Azərbaycan türklüyünə qarşı açımasız düşmənliyi dəfələrcə – Təbrizdə, Gəncədə, Urmuda, Dağlıq Qarabağda və başqa bölgələrimizdə görünsə də, 20 Yanvarda tam anlamıyla Azərbaycanın mərkəzi Bakıda bir daha açığa çıxdı.

20 Yanvar gecəsində əliyalın millətimizin milli azadlıq və bağımsızlıq iradəsi rusların vəhşiliyinə uğradı. O gecə, qəhrəman millətimizin yüksək dayanışması qarşısında Moskvanın Azərbaycan siyasəti rəsmiyyətlə çökdü. 20 Yanvar olaylarından sonra, Azərbaycanda Sovetdən qopma mitinglərinin gündən-günə artmasıyla Milli İstiqlal istəkləri də sınırları aşaraq qonşu ölkələrə örnək oldu. Bütün Sovet məkanında Rusiyadan qopma sürəci yeni və azad gələcəyin yaxın olduğunu göstərdi. Azərbaycandan yüksələn İstiqlal səsləri Ukraynada, Baltik və Türk ölkələrində, Gürcüstanda vb. əksini tapdı. 20 Yanvar bir siyasi volkan kimi, Mixail Qorbaçovu, Marşal Yazovu və Baktin kimi cinayətkarları öz qanlı odunda yandırdı.

Batının demokrat(?) dövlətləri bir mənalı olaraq dosta dönüşmüş eski düşmən dövləti qınamaqdan çəkinərək Bakı qırqınını görməməzlikdən gəldillər. Batı ölkələri, biraz sonra Bakı qırqınının baş canısı olan Qorbaçova Nobel Barış odülü verdilər! Qorbaçovun “Glasnost-Perestroika”(siyasi açıqlıq və iqtisadi yenidən qurma) toz-dumanı altında görünməyən Bakıya ancaq, Təbriz, Ankara, İstanbul, İzmir, Qars, Kayseri kimi qardaş Türk mərkəzlərindən səs gəldi. Bu şəhərlərdə böyük mitinglərlə yanaşı yas törənləri keçirildi. Təbriz o günədək ən böyük yas törəninə şahid oldu. Bakıdan, Nəxcivandan Təbriz gələn nümayəndə heyətləri öz bacı-qardaşlarıyla buluşdular.

Rəsmi verilərə görə, Bakı qırımında 131, Lənkəran və Nəfçalanda isə 25 nəfər şəhid düşdülər. 700-üzərində qurşun və süngü yarası aldı, 10-larca soydaş isə, itkini düşdü.

20 Yanvar və bütün millət- vətən yolunda qan verən soydaşlarımıza salam olsun. Qoy bu nəcib millət bir daha Qanlı Yanvarlar yaşamasın.

Eldar Qaradağlı

2019-01-15

Həmçinin yoxlayın

Azərbaycanlı şair və fəal Hәbib Sasanian türkmənlərə yardıma çağırış etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azәrbaycanlı tanınmış şair vә milli-mәdәni fәal Hәbib …

ABŞ İran adlanan ölkələrin nüvə proqramı ilə bağlı bir çox şəxsə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İran adlanan ölkələrin nüvə proqramı ilə bağlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir