Şənbə , Aprel 27 2024
azfa

Fransaya Türkiyəyə qarşı səhvi anladıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa deyib ki, Fransa Türkiyə donanması haqqında şikayəti ilə bağlı NATO-dan istədiyi nəticəni ala bilməyib.
Səfir bildirib ki, rəsmi Paris Türkiyə ilə yaşadığı gərginlik səbəbindən Şərqi Aralıq dənizindəki “Dəniz hamisi” əməliyyatından çəkilib.
Fransalı senatorlarla görüşən səfir Paris hökumətinin məsələ ilə bağlı NATO-ya məlumat verdiyini söyləyib:
“Şərqi Aralıq dənizində Fransa ilə Türkiyə gəmiləri arasında baş verən gərginlik haqqında NATO hesabatında Fransanın iddiaları dəstəklənməyib. Buna görə də rəsmi Paris “Dəniz hamisi” əməliyyatından çəkilib”.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın