GADTB Başqanı Əjdər Tağızadənin 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və 2018-ci il münasibətilə savı

Sevimli Türk Millətim!

Sizi birlik-dayanışma rəmzi olan 31-dekabr münasibətilə ürəkdən təbrik edirəm. Böyük Türk millətinə gərçək bayram olacaq 50 milyonluq bütöv Azərbaycan vətəni diləyirəm. Qoy, o günümüz iran adlanan yerin böyük yıxıntının xarabalıqları üzərində qurulsun. Çünki, bu uğursuz ad yer üzündə varkən, faşist farsçı rejimin çəmbəri altında əzilən başda Türk milləti olaraq qeyri fars millətlərə milli qurtuluş olamaz!

Mən əminəm ki, iran adlanan yerin sisteminin çöküşü ilə 31 dekabr savı sadəcə Azərbaycanlı Türklərinin içində deyil, canı-qanı bir olan Türkmən qardaşlarımızı da, dost Ərəb, Bəluc və hətta gözlərini fars dumanı qaraltmış Kürd xalqını da aydınlığa çıxaracaqdır.

Əziz millətim!

Kəsinliklə qarşıdan gələn 2018-ci il, bizim üçün tale yüklü il olacaqdır. Tehran rejimi çökməkdədir. Xamneyidən sonra, irançılıq dövləti içindən partlayacaqdır. Rejimin ərkanı avlanmış av kimi hər tərəfdən didiklənir. Qanlı didimələrin zamanı yaxındır. Bəs, Azərbaycan Milli Hərəkatının hazırlığı nə qədərdir? Bu sorğu, hamı kimi bizi də düşündürür. GADTB-nin başqanı olaraq hər kəsi birgə düşünməyə çağırıram. Sözsüz ki, Güney Azərbaycanın milli qurtuluşu yalnız və yalnız İSTİQLALDIR. Mən buradan bütün türkçü-istiqlalçı qurumlarımızı dialoqa çağırıram. Olsun ki, bu görüşlərimizin sonucu Azərbaycan Milli Hərəkatı üçün yolaçıcı və uğurlu olsun.

Sevimli millətim!

Bir daha 31-dekabr münasibətilə Sizi birliyə çağırır, yeni ildə özünüzə, ailənizə və bütün sevənlərinizə can sağlığı, uğur dolu il arzulayıram.

31-Dekabrı Bütöv Azərbaycan bayrağı altında qutlamaq ümüdüylə

GADTB Başqanı Əjdər Təqizadə

2017-12-16

Həmçinin yoxlayın

Türkiyənin dəstəklədiyi Liviya ordusu uğurla irəliləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin dəstəklədiyi Liviyada hökumət qüvvələri Sirt şəhərinin qərbindəki …

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri”

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri” GADTB: Məhərrəm Ergin (1925-1995)  – Türkoloq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir