Bazar ertəsi , Aprel 6 2020
azfa

GADTB və GAİB başqanı Əjdər Tağızadənin terrorçu Qasım Süleymaninin qətli ilə bağlı bildirişi

GADTB: Dəyərli Azərbaycan Türk Milləti!

İrqçi və işğalçı fars rejim son 97 il içərisində Azərbaycan türk millətini müstəmləkə edib və millətimizi olmazın zülmünə məruz qoymuşdur. İrticaçı-irqçi fars rejim bu müddətdə Azərbaycan türk millətinə qarşı işğalçılıq siyasətini davam edib və Azərbaycana qarşı heç bir zülmdən çəkinməmişdir. Hətta Azərbaycanı işğal edilib məhv edilməsi məqsədilə cinayətkar və işğalçı erməniləri belə dəstəkləmişlər.

İrticaçı fars molla rejimi hakimiyyətə gəldiyi gündən terroru dövlət siyasətinə çevirməklə, Azərbaycan türk millətinin yeraltı və yerüstü sərvətlərini müstəmləkə şəklində talamış və region ölkələrində, o cümlədə Livan, Suriya, Yəmən, Afrika ölkələri və son dövrlərdə bunlardan əlavə İraq və Əfqanıstanda terrorçu dəstələr yetişdirib saxlamaqdadır. Artıq Amerika gördü ki, öz başına buraxdıqları irqticaçı fars molla rejiminin region ölkələrindəki terrorçu qruplarını qurub əlaqələndirən baş terrorçu Qasım Süleymani həddini aşıb və şişib böyüməkdədir. Ona görə də ABŞ-ın dövlət siyasəti tələb etdi ki, başqa cinayətlərin qarşısını almaq üçün molla rejiminin baş terrorçusunu ortadan götürsün. Hər yerdə bir terrorçu və terror mənbəyi susdurulursa bu bütün dünyanın xeyrinədir. Biz türk və azərbaycanlı və istiqlalçı təşkilat olaraq bütün hallarda terrora qarşıyıq. Üstəlik bu terrorçunun Azərbaycana və türkə qarşı fars şovinizminin əsas dayaqlarından olduğu kimsəyə sirr deyildir.

Bu gün bütün regionda, o cümlədən Livanda, Suriyada, Yəməndə, İraqda günahsız insanların qanının tökülməsində əsas günahkar terrorçu Qasım Süleymani idi. İran adlanan yerdə son noyabr hadisələrində 1500 günahsız insanın gülləbaran əmrini verən şəxslərdən biri də sırf Qasım Süleymani olub. Dünyanın müxtəlif yerlərində, Argentinada və s. ölkələrdə terror əməliyyatların layihələndirib həyata keçirilməsində baş terrorçu Qasım Süleymaninin əli olub. Süleymani və Süleymani kimilər hələ İran-İraq müharibəsi dövründə bəzən zor gücü ilə, bəzən də aldatmaqla yüz minlərlə günahsız azərbaycanlı gənci Səddam Hüseynin qüvvələrinə qırdırdılar.

Bəşəriyyətin, xüsusilə Azərbaycanın və türkün düşməni olan baş terrorçu Qasım Süleymani 2 saata Bakıya qoşun yeridib Azərbaycan dövlətini yer üzündən silməyi yuxusunda görürdü. Türkiyəyə qarşı istənilən qüvvə ilə birləşməyə can atması və hətta PKK-nı dəstəkləməsi belə kimsəyə sirr deyildir. Son Barış Pinarı əməliyyatında da açıq şəkildə PKK-ya dəstək verib, Tehran və onlarla şəhərlərdə Türkiyəyə qarşı kürd terroruna dəstək mitinqləri təşkil etmələri kimsənin yaddaşından silinməmişdir. Terrorçu Qasım Süleymani yalnız günahsız müsəlmanları terror etmiş və onun təmsil etydiyi İran dövləti uyğur müsəlmanlarını soyqırım edən komunist Çinin müttəfiqidir. Artıq Süleymaninin terrorunun qurbanı olan müsəlmanların sayı dünyada yüzminlərlə yox milyonlarla ölçülür.

Bu gün belə türk düşmanı terroristə Türkiyə və Azərbaycan Respublikasında şəhid demək, ona yas saxlamaq, başsağlığı vermək özünə, bəşəriyyətə cəfadan və xəyanətdən əlavə zülmə məruz qalmış Güney Azərbaycan türkünə zülm və xəyanətdir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı

Həmçinin yoxlayın

Muğan əhalisi 17 min imza toplamaqla Muğan Aqro-sənaye Kompleksinin özəlləşdirilməsinin ləğvini tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Muğan əhalisi 17 min imza toplayaraq …

Azərbaycanlı şair və yazıçı Rəhim Qulami zindana qayıtmayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin şərləyib zindana saldığı azərbaycanlı fəal, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir