Şənbə , Dekabr 14 2019
azfa

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin Güney Azərbaycanda etirazlarla bağlı bildirişi

GADTB: Azərbaycanın Güneyində yaşayan əziz Azərbaycan Türk Milləti!

Bu gün işğalçı fars rejimini təmsil edən şovinist fars-molla rejiminin hər tərəfli imkanları tükəndiyi üçün benzinin qiymətini qaldırmaq məcburiyyətində qalıb. Sanksiyalar rejimin belini sındırmaqdadır və ona görə rejim xalqı yuxuya verib qiymət artımı ilə özlərini qurtarmağa çalışırlar. Bu gün benzinin qiymətini qaldıran rejim sabah başqa qiymət artımı ilə xalqı kölə vəziyyətinə salmaqla özünü qurtarmağa çalışacaq.

İran adlanan ölkədə yaşayan xalqlar bu reallığı dərk edərək bu gün ayaqdadır. Şovinist-irticaçı fars rejimin işğal və müstəmləkəçiliyinə məruz qalan Azərbaycan Türk Milləti bu gün daha artıq zülm və ayrıseçkiliyə məruz qalmaqdadır. Rejim Azərbaycana qarşı basqısını daha da artırıb. Həbslər və işgəncələrlə rejim millətimizin haqq səsini boğmağa çalışır. Belə olan halda Azərbaycan Türk Milləti fars şovinizminin vurucu qolu olan irticaçı fars-molla rejiminə qarşı hər fürsətdən faydalanıb, yalnız öz şüarları və öz istəkləri ilə meydanlara çıxmalıdır.

Fars-molla rejimi dağıdıcı siyasətilə bağlı olaraq ABŞ, Avropa Birliyi və ərəb ölkələri ilə də razılığa gələ bilmir. Onların qarşısında bütün imkanları tükənən rejim daxildə xalqları da dözülməz vəziyətə düçar edib. Rejimin bütün cəhdlərinə baxmayaraq belə vəziyyətdə millətimizin bütün Azərbaycan boyu etiraza qalxması rejimi zəiflədəcək. Rejimin zəifləməsi isə onun parçalanmasına gətirib çıxaracaq. Bu isə bizim millətimizin xeyrinədir və Azərbaycan türk milləti əvvəlki inqilablardan da nəticə çıxarmalı və indidən öz şüarları və istəkləri ilə meydanlara çıxmalıdır. Əgər millətimiz etirazlardan kənarda qalsa və rejim dəyişikliyi baş versə, yenə başqa bir irqçi fars rejimin əsarətinə düşüb zülm və müstəmləkəçiliyə məruz qalcaq. Hazırda irqçi rejimlə ona müxalif olan irqçi farsların bir-birinin canına düşdüyü bir dövr Azərbaycan türk millətinin öz müstəqilliyini əldə etməsi üçün daha münasib şərait mövcuddur. Ona görə Azərbaycan türk milləti bu fürsətdən düzgün yararlanıb öz şüarı və sırf Güney Azərbaycanın müstəqilliyi uğrunda meydanlara axışmalı və mübarizə aparmalıdır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı

Həmçinin yoxlayın

Rejimin yaxaladığı Şahin Bərzgər telefon əlaqəsində ETTELAAT-da saxlandığını deyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər …

Pompeod cızığından çıxan irqçi fars rejimini ciddi hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo bəyanat yayaraq bildirib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir