Şənbə , İyul 20 2019
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) fars-molla rejiminin Azərbaycan fəallarına qarşı represiya siyasəti barədə bildirişi

GADTB: İrqçi fars-molla rejimi son illərdə, xüsusilə cari ildə özünün iç üzünü açıb və Azərbaycan türk millətinə qarşı həqiqi sifətini büruzə verməyə başlamışdır. Artıq Azərbaycana və Azərbaycanın türk millətinin fəallarına qarşı rejimin aqressiyası və düşmən siyasətini görən hər hansı bitərəf şəxs də irqçi fars-molla rejimin gerçəkdən Azərbaycanın və Azərbaycan türk millətinin qanlı düşməni olduğu qənaətinə gələr.

İrqçi fars-molla rejimi Azərbaycanla düşmənçiliyi o səviyyəyə çatdırıb ki, üzərində “Haray-haray mən türkəm” yazılmış bir şüara görə, Azərbaycan gənci Kazəm Səfabəxşə 13 il həbs cəzası verir. Bu günlərdə isə heç bir günahı olmayan və yalnız mədəni fəaliyyətlərlə millətimizin hüquqlarını müdafiə edən tanınmış azərbaycanlı fəal Abbas Lisaniyə 8 il həbs və 2 il ailəsilə birlikdə sürgün qərarı çıxarıb. Antiazərbaycan rejim onsuz da günahsız həbsə salınmış və həbs müddəti sona çatmış Siyamək Mirzaini şərləməklə ona yeni saxta ittihamlar irəli sürüb və Azərbaycanın bu gəncini də həbsdə çürütməyi qarşıya məqsəd qoyub. Üstəlik son illərə nəzər saldıqda Səid Mətinpurun 8 il günahsız həbsdə saxlanması, Lətif Həsəniyə qanun çərçivəsində Azərbaycan millətinin hüquqları uğrunda çalışdığı üçün 9 il, Əlirza Fərşiyə 10 il, Əkbər Azada 10 il, Həmid Mənafiyə 10 il, Behnam Şeyxiyə 10 il, Əmir Səttariyə 5 il və s. fəallara da uzun illər həbs cəzası vermişdir. Artıq cari ildə rejimin Azərbaycan türk millətində qarşı açıq və kəskin represiyaya və düşmənçiliyə keçdiyi göz qabağındadır.

Dünyanın heç bir yerində dinc əhaliyə və öz millətinin tapdanmış hüquqları uğrunda dinc mübarizə aparan fəallara irqçi fars rejimi qədər qəddar və düşməncəsinə yanaşan ikinci rejim tapmaq mümkün deyildir. Artıq irqçi fars-molla rejimi Güney Azərbaycana və onun fəallarına qarşı elan olunmamış bir savaş açıb və heç bir günahı olmayan fəallara ağır həbs cəzaları verməklə onları zindanlarda çürüdüb, Azərbaycanın qanlı düşməni olduğunu açıq şəkildə sübut etməkdədir. Bunun özü isə bizim manqurtlarımıza və ya hələ də özünü manqurtluğa vurub, qan düşmənləri olan irqçi fars rejiminə nökərçilik edənlərə açıq mesajdı. Onlar anlamalıdırlar ki, rejimə hər növ qulluq öz kökünü qazıb məhv etməkdən başqa bir şey deyildir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) irqçi fars-molla rejimin Azərbaycan türk milləti və onun fəallarına qarşı represiyalarını pisləməklə bütün azərbaycanlı siyasi məhbusları dəstəkləyir. İnanırıq ki, rejimin son aqressiyası və Azərbaycana qarşı apardığı represiya siyasəti millətimizin müstəqllik uğrunda əzmini daha da möhkəmləndirib və onları müstəqilliyin Azərbaycanın yeganə yolu olduğuna əmin edəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB)

Həmçinin yoxlayın

ABŞ irqçi fars rejimin quldurluğuna qarşı “Keşikçilər” adlı hərbi əməliyyatı hazırlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Mərkəzi komandanlığının bəyanatında deyilir ki, ABŞ Yaxın …

Şumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiya

GADTB: Belə nəticəyə gəlmək olar ki, tarixdə türk tayfalarının ilk böyük axını şumerlərə, ikincisi isə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir