Şənbə , Dekabr 15 2018
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) irqçi fars rejimin Əl-Əhvazın ərəb fəallarını edam etməsini pisləməsinə dair bildirişi

GADTB: İrticaçı və irqçi fars rejim 1979-cu il inqilabından sonra üzdəniraq İslam Respublikasının təşkili ilə özünü islam dünyasının himayəçisi kimi qələmə versə də, əslində irqçi, antitürk və antiərəb rejimdir və regionda müsəlman dünyasına ən böyük zərbəni vurmuşdur. Bu rejim əslində irqçi fars-pəhləvi rejimin varisi olmaqla, 1925-ci ildə müsəlman türk və ərəblərə qarşı, eləcə də Britanıyanın müstəmləkə siyasətinin davam etdirilməsi məqsədilə ingilis və yəhudlarin çevriliş planı ilə hakimiyyətə gətirilmişdir. Həmin dövrdən indiyə qədər isə öz irqçi, antitürk və antiərəb funksiyasına əməl edir.

İslam Respublikası rejimi təşkil edildiyi gündən davamlı olaraq, öz irqçi, antitürk və antiərəb funksiyasına əməl edərək, ayrıseçkilik və müstəmləkə siyasətilə Əl-Əhvaz məntəqəsinin neft-qaz sərvətlərini fars bölgələrin abadlıq mənbəyinə, bu məntəqənin özünü isə məhrum bir bölgəyə çevirib. İndi Əl-Əhvaz məntəqəsində vəziyyət o dərəcədə acınacaqlıdır ki, qaraqızıl yurdunda çoxsaylı uşaqlar yoxsulluq ücbatından təhsildən belə məhrum edilib.

İrqçi fars rejim İslam Respublikasının təşkil edildiyi ilk dövrdən müxtəlif uydurma bəhanələrlə on minlərlə ərəb fəalı edam edib. İran-İraq müharibəsindən öncə bir sıra uydurma bəhanələr, müharibə dövründə Səddam və BƏƏS partiyasına casusluq ittihamı ilə, müharibədən sonra isə başqa müxtəlif yalan bəhanələrlə ərəb millətinin fəalları sistematik şəkildə edam edilib. Rejim son kütləvi edam məsələsində də Əhvazda parada silahlı hücumu bəhanə edərək, ərəb fəalları edam və məhv ediblər. İrqçi fars rejim silahlı hücumla əlaqəsinin olmamasına baxmayaraq, 23 ərəb fəalı edam etməklə yanaşı 800-dən çox ərəb fəalı da həbs etmişdir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) ərəb fəalların edam və həbsini pisləməklə yanaşı bildirir ki, irqçi və irticaçı Xamneyi rejimi son nəfəslərində bu qeyri-insani əməli ilə özünün ərəb və türk düşməni olduğunu bir daha nümayiş etdirdi. Rejimin belə qeyri-insani işləri Əl-Əhvazın ərəb millətinin və qeyri-fars millətlərin azadlıq və istiqlal uğrunda əzmini qıra bilməyəcək.

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Əjdər Tağızadə

Həmçinin yoxlayın

Urmiya və Təbrizdə Güney Azərbaycan siyasi məhbuslarına azadlıq tələbi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar tərəfindən Güney Azərbaycanın Urmiya və Təbriz …

Türkiyə gəmi əleyhinə raket istehsalına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə özünün ilk gəmi əleyhinə raketinin istehsalına başlayacaq. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir