Şənbə , Aprel 27 2024
azfa

Həkimə Əhmədi aclıq aksiyasını nəticə verdikdən sonra aksiyanı dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hüquqlarının pozulduğuna etiraz olaraq rejimin Marağadakı zindanında aclıq aksiyası keçirən azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi aclıq aksiyası nəticə verdikdən sonra aksiyasını dayandırıb.

Fəalın 4 günlük aclıq aksiyasına müəyyən dərəcədə nəticə verib.

Məlumata görə, rejimin zindan rəisinin cəhdləri nəticəsində hüquqi cəhətdən yanlışlığa yol verilən iddianamə yenidən məhkəmənin prokurorluqda olan şöbəsinə qaytarılıb.

Həmçinin Həkimə Əhmədi ilə birlikdə daha bir neçə məhbusun iddianaməsi istintaq şöbəsinə qaytarılıb. Bütün bunlar Həkimə Əhmədinin səyi nəticəsində mümkün olub.

Qeyd edək ki, Həkimə Əhmədi 10 aya yaxındır yaxalanaraq, qeyri-müəyyən həbsdə saxlanılır. Fəalın məhkəmə prosesinə rejimin Binabda yerləşən İnqilab Məhkəməsində keçirilir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın