Cümə , Aprel 26 2024
azfa

İranla Ermənistan qazı kəməri çəkmək üçün Rusiyadan izn almalıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, gürcü politoloq Gela Vasadze deyib ki, İranla Ermənistan qazı kəməri çəkmək üçün Rusiyadan izn almalıdır.

“Bunu anlamaq üçün bir suala cavab vermək lazımdır. Ermənistan qaz nəqliyyat sisteminin sahibi kimdir? “Qazprom-Ermənistan” şirkəti. Əgər onlar buna izn versələr, layihə reallaşa bilər, amma “Qazprom”un nəyinə lazımdır ki, rəqibini bura buraxsın? Mən düşünmürəm ki, “Qazprom” buna razılıq verəcək. Ermənistan ərazisində qaz tranziti Rusiyanın icazəsi olmadan gerçəkləşə bilməz” – deyə o bildirib.

O həmçinin qaz tranzitinin reallaşması üçün Ermənistanın “Qazprom”la razılaşmaya yenidən baxmalı olduğunu və amma bunun İrəvan üçün çox çətin olduğunu deyib:

“Problem odur ki, “Qazprom”la imzalanan razılaşmaya yenidən baxılması, Ermənistan-Rusiya münasibətlərinə yenidən baxılması anlamına gələcək. Yumşaq formada desək, bu, inandırıcı deyil. Buna mane olan həddən çox faktorlar var”.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın